1992
28 fevral - Praqada ATƏT-in Ali Ranqlı Rəsmi Şəxslər Komitəsinin 7-ci görüşü. Bu görüşdə tərəflər Azərbaycanın Dağlıq Qarabağ regionunda dərhal atəşkəs rejimi tətbiq etmək, daxili və xarici sərhədlərin toxunulmamazlığına hörmət etmək, onları yalnız dinc yolla və ümumi razılıqla dəyişdirmək və düşmən təbliğatının bütün növlərindən tam imtina edilməsi də daxil olmaqla hər cür ərazi iddialarından imtina etmək əzmində olduqlarını bildirdilər.
24 mart - Helsinkidə ATƏT-in birinci əlavə görüşü. ATƏT-in himayəsi altında Dağlıq Qarabağ münaqişəsi üzrə konfrans çağrılması qərara alınmışdır.
1993-cü il
25-29 aprel - İslam Konfrası təşkilatı Ermənistanın Azərbaycana qarşı son hücum əməliyyatlırı və Azərbaycan ərazilərinin işğal edilməsini qətiyyətlə pisləyən qətnamə qəbul etmişdir.
30 aprel - BMT Təhlükəsizlik Şurası işğalçı qüvvələrin Kərbəcərdə və Azərbaycanın son vaxtlarda işğal edilmiş digər ərazilərindən dərhal çıxarılmasını tələb edən 822 №-li qətnamə qəbul etmişdir.
11 iyun - Şimali Atlntika Əməkdaşlıq Şurası (ŞAƏŞ) aşağıdakı məzmunda bəyanat vermişdir: "Biz BMT-nin Təhlükəsizlik Şurasının 822 №-li qətnaməsini ürəkdən bəyənirik. Bu qətnamə münaqişədə iştirak edən bütün tərəflər və ölkələr tərəfindən tamamilə və dərhal yerinə yetirilməlidir. Biz hərbi əməliyyatların dərhal dayandırılmasına, bütün işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın son vaxtlarda işğal edilmin digər rayonlarından çıxarılmasına çağırırıq".
29 iyul - BMT Təhlükəsizlik Şurası "İşğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycan Respublikasının son vaxtlarda işğal edilmiş digər rayonlarından dərhal, tamamilə və danışıqsız çıxarılmasını" tələb edən 853 №-li qətnamə qəbul etmişdir.
18 avqust - BMT Təhlükəsizlik Şurası sədri bəyanatla çıxış etmişdir.
14 oktyabr - BMT Təhlükəsizlik Şurası "ATƏT-in Minsk Qrupunun Razılaşdırılmış Qrafikində nəzərdə tutulmuş qarşılıqlı və təcili tədbirlərin dərhal yerinə yetirilməsinə, o cümlədən yaxın vaxtlarda işğal edilmiş ərazilərdəki işğalçı qüvvələrin oradan çıxarılmasına" çağıran 874 №-li qətnamə qəbul etmişdir.
11 noyabr - BMT Təhlükəsizlik Şurası 884 №-li qətnamə qəbul etmişdir. Qətnamədə Zəngilan rayonunun və Horadiz şəhərinin işğal edilməsi, mülki əhaliyə hücumlar edilməsi, Azərbaycan Respublikasının ərazilərinin bombardman edilməsi pislənilmiş, işğalçı qüvvələrin zəngilan rayonu ərazisindən və Horadizdən çıxarılması, Azərbaycan Respublikasının-in son vaxtlar işğal edilmiş digər regionlarından işğalçı qüvvələrin çıxarılması tələb edir.
1994-cü il
15 aprel - MDB iştirakçısı olan ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmamazlığına hörmət edilməsi barədə MDB-nin Deklarasiyası qəbul edilmişdir. Ermənistan MDB-nin iştirakçısı olduğu halda bu deklarasiyaya qoşulmayan yegan ölkə olmuşdur.
12 may - Atəşkəs haqqında Saziş qüvvəyə minmişdir.
9-10 iyun - Şimali Atlantika Şurasının nazirlər səviyyəsində müşavirəsi Deklarasiya qəbul etmişdir. Nazirlər "Razılaşmışlar ki, münahişənin tədricən həll edilməsinə doğru aparan addım-addım sülh prosesi, o cümlədən münaqişənin yayılmaması və qoşunların işğal edilmiş ərazilərdən çıxarılması və köçkünlərin BMT Təhlükəsizlik Şurası qətnamələrinə müvafiq olaraq öz yerələrinə qaytarılmasından ötrü zəruri şərait yaradılması üçün səmərəli atəşkəs və komprmis ruhunda kostruktiv danışıqlar aparılması vacibdir"
5-6 dekabr - ATƏT-in Budapeşt Sammini. "Dağlıq Qarabağ münaqişəsi barədə ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi haqqında " qərar qəbul edilmişdir. Bu sənədə müvafiq olaraq "Silahlı münaqişənin dayandırılması baradə siyası saziş bağlaılması üçün çevik danışıklar aparılmasına dair Minsk Konfransının həmsədrlər təssisatı yaradılmışdır. Bu danışıklar münaqişənin bütün tərəflər üçün doğulduğu əsas nəticələri azaldar və Minsk Konfransını çağırmağa imkan verər. Beləliklə Budapeşt Sammiti tənzimləmə prosesi üçün iki mərhələli hüquqi hədlər müəyyən etmişdir: 1) birinci mərhələ- sazişin yerinə yetirilməsi yolu ilə silahlı münaqişənin nəticələrinin azaldılması, yəni işğal olunmuş ərazilərin tam azad edilməsi və zorla köçürülmüş şəxslərin öz yerlərinə qaytarılması; 2) İkinci mərhələ- münaqişənin tam və hərtərəfli tənzimlənməsi üçün Minsk Konfransının çağırılması ". Budapeşt Sammiti həm də siyasi saziş bağlanandan sonra ATƏT-in sülhyaratma işinin təsis olunması haqqında qərar qəbul etmişdir.
1995-ci il
1996-cı il
1997-ci il
1 iyun - Həmsədr münaqişənin tənzimlənməsi üçün "Kompleks plan" təqdim etmişdir. Bu təklifin əsas ideyası qarşıdurmanın iki əsas məsələsi barədə paralel danışıqlar aparılmasından ibarətdir: Silahlı qüvvələrin işğal edilmiş regionlardan çıxarılması və Dağlıq Qarabağın sratusunun müəyyən edilməsi. Bu plandan imtina edən Ermənistandan fərqli olaraq Azərbaycan həmin planı bəzi qeyd-şərtlərlə qəbul etmişdir.
19 sentyabr - Həmsədr münaqişənin "addım-addın tənzimlənməsi" planını təqdim etmişdir. Bu plana əsasən münaqişənin aşağıdakı sxem üzrə iki mərhələdə tənzimlənməsi nəzərdə tutulurdu. Birinci mərhələdə işğalçı silahlı qüvvələr keçmiş DQMV ərazisində yerləşən altı rayondan (Laçın rayonu müstəsna olmaqla) çıxarılmalı, mülki əhali öz yerlərinə qaytarılmalı və komminikasıiya əlaqaləri bərpa edilməli; İkinci mərhələdə Dağlıq Qarabağın statusu, eləcə də Laçının və Şuşanın statusu müəyyən edilməlidir.
1998-ci il
1999-2002-ci illər
2002-ci il
2 avqust - Avropa İttifaqı Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunuda qaondarma "Prezident seçkiləri" keçirilməsini pisləmişdir.
2003-cü il
2004-cü il
2005-ci il
25 fevral - ATƏT-in Minsk Qrupu tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində təhqiqat barədə missiyanın hesabatı missiyanın rəhbəri xanım Emili Xaber tərəfindən imzalanmışdır.
Xarici İşlər Nazirliyi
yuxarı