HEYDƏR ƏLİYEV ADINA BAKI BEYNƏLXALQ HAVA LİMANI

Azərbaycan aviasiyasının inkişafı ümummilli lider H.Əliyevin yorulmaz əməyi və adı ilə möhkəm bağlıdır. Onun şəxsi təşəbbüsü, köməyi və nəzarəti altında 1999-cu ildə H.Əliyev adına Binə Beynəlxalq Hava Limanında bütün beynəlxalq standartlara cavab verən yeni aerovağzal kompleksi istismara verildi. Hava limanı yeni müasir texnika və avadanlıqlarla təchiz edildi. Hava limanının telefon rabitəsinin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi məqsədilə beynəlxalq standartlara uyğun olan yeni telefon stansiyası tikilib istifadəyə verildi.

Məlum olduğu kimi H.Əliyev adına Bakı Beynəlxalq Hava Limanı Azərbaycan Respublikasının əsas hava qapısıdır. O, Bakı şəhərinin cənub-şərqindən 20 km, Binə qəsəbəsinin cənub-qərbindən isə 2 km kənarda yerləşir.

Azərbaycan Respublikası mülki aviasiyasının gələcək inkişaf konsepsiyası BMT-nın İP-dan (Birləşmiş Millətlər Təşkilatının inkişaf Proqramı) işlənmiş və 24 iyun 1997-ci ildə təsdiq edilmiş Azərbaycan mülki aviasiyasının Ali inkişaf planı ilə müəyyən olunmuşdur. Ali plana müvafiq olaraq aşağıdakılar nəzərdə tutulur:

- beynəlxalq konvensiyanın müddəalarını və İCAO-nun tələblərini nəzərə alan yeni aviasiya qanunvericiliyinin - Hava Kodeksinin işlənib hazırlanması və qəbul edilməsi;

- radio-işıq avadanlıqları ilə təmin edilməsi və beynəlxalq tələblər səviyyəsinə çatdırılması ilə yanaşı "Gəncə" hava limanının VPP-nin tam modernləşdirilməsi;

- dövlət aviaşirkətinin hava gəmiləri parkının modernləşdirilməsi, aviaşirkətlərin səmərəliliyinin və rəqabətə davamlılığının artırılması;

- mülki aviasiyaya xarici investisiyaların cəlb edilməsi;

- mülki aviasiya subyektlərinin aviaixtisasçılara və kadrların hazırlanmasına tələblərinin ödənilməsi məqsədilə Milli Aviasiya Akademiyasının və təkmilləşmə Mərkəzinin gələcək inkişafı.

Hava limanının əsas vəzifələri aşağıdakılardır:

- nəqliyyat prosesinin yerüstü texnikasına texniki xidmətin təşkilində elmin, texnikanın və qabaqcıl təcrübənin yeni nailiyyətlərindən istifadə edilməsinin həyata keçirilməsi;

- Azərbaycan Respublikasında mülki aviasiyanın digər subyektlərlə iqtisadi münasibətlərinin təkmilləşdirilməsi;

- hava limanı işçilərinin texniki hazırlığının, təkmilləşdirilməsinin və ixtisaslarının artırılmasının beynəlxalq tələblərə uyğun təşkil edilməsi;

- hava limanının inkişafının perspektiv və illik proqnozunun, məqsədli və elmi-texniki və sosial-iqtisadi proqramların işlənib hazırlanması;

- mülki aviasiya sahəsində Azərbaycan Respublikasının beynəlxalq müqavilələrdə qəbul etdiyi öhdəlikərin yerinə yetirilməsi.

H.Əliyev adına Binə Beynəlxalq Hava Limanının aerodromu iki süni uçuş-enmə zolağı (SUEZ) və üç hərəkət zolağı (HZ) ilə təchiz olunub. SUEZ-1 aşağıdakı parametrlərə malikdir: MK 335-155, uzunluğu 2700 metr, eni 60 metr, müvafiq olaraq SUEZ-2-MK 355-175, 3200 metr və 45 metr. SUEZ-nin səthi asfalt-betondur (sərt olmayan).

SUEZ İCAO-meteominimumları ilə təchiz edilmiş A, B, S, D, E kateqoriyalı hava gəmilərinin və bütün növ helikopterlərin qəbulu üçün hazırlanmışlar.

Aerodromda SUEZ-OMİ və SUEZ-2-Ovi-1 üçün radio-işıq texniki avadanlıqlar quraşdırılmışdır.

Aerodromun elementlərinin həndəsi ölçüləri:

LP MK 335-155 ilə birlikdə - 3500x190 metr;
BPB 335-155 ilə birlikdə - qərbi 80 metr, şərqi 50 metr;
KPT MK 335-50 metrlə, MK 155-200 metrlə;
LP MK 355-175 - 3340x160 metr;
BPB 335-175 ilə birlikdə - hər biri 70 metr;
RD (V) № 1 -1060 x 20 metr;
RD (V) № 2 - 760 x16 metr;
RD (D) № 3 - 1020 x21 metr.

yuxarı