MÜLKİ HAVA NƏQLİYYATI

“Azərbaycan Hava Yolları” Dövlət Konserni

“Azərbaycan Hava Yolları” Azərbaycan Respublikasının milli aviadaşıyıcısıdır. O, beynəlxalq aviadaşıyıcı kimi 1991-ci ildə yaradılmışdır.Bu dövrə qədər “AZAL” Aeroflotun (Sovet İttifaqı) ildə 1.5 milyon sərnişin daşıyan daha səmərəli sahələrindən biri idi.

Əsas vəzifəsi-təhlükəsiz və müntəzəm uçuşların təmin edilməsi, hava xidmətlərində beynəlxalq və daxili bazarların tələblərinin yerinə yetirilməsidir. “Azərbaycan Hava Yolları” İCAO-da AZALAVİA kimi qeydiyyatdan keçmişdir və üçtərəfli AHY kodu ilə, eləcədə də İATA-da ikihərifli J2 və 771 kodu ilə kodlaşdırılmışdır.

Hava Gəmilərinin Parki

İki -B-757-200

İki -B-727-200

Dörd- TU-154

İki - TU-154

İki - YAK-40

AHY yüksək ixtisaslı personala malikdir.Komandaların bir çoxunun 10 min saatdan çox üçüş təcrübəsi vardır. B-757-200 və B-727-200-də üçüşları yerinə yetirmək üçün ekipajı və xidmət personalı ABŞ və Böyük Britaniyanın sertifikatlaşdırılmış mərkəzlərində öyrədilmişdi.

H.Əliyev Beynəlxalq Aeroportu

H.Əliyev adına Binə Beynəlxalq Aeroportu Azərbaycan Respublikasının əsas hava qapısıdır. O, Bakı şəhərinin cənub-şərqindən 20 km kənarda və Binə qəsəbəsinin cənub-qərbindən 2 km kənarda yerləşir.

Aeroportun əsas vəzifələri aşağıdakılardır:

- hava gəmilərinin vaxtında və keyfiyyətli qəbulunun və buraxılışının təmin edilməsi;

- müqavilə öhdəliklərinin yerinə yetirilməsinin ciddi təmin edilməsi;

- nəqliyyat prosesinin yerüstü texnikasına texniki xidmətin təşkilində elmin, texnikanın və qabaqcıl təcrübənin yeni nəaliyyətlərdən istifadə edilməsinin həyata keçirilməsi;

- Azərbaycan Respublikasında mülki aviasiyanın digər subyüktlərlə iqtisadi münasibətlərin təkmilləşdirilməsi;

- aeroport işçilərinin hazırlığının, təkmilləşdirilməsinin və ixtisaslarının artırılmasının təşkil edilməsi;

- qəza - xalasetmə işçilərinin təşkil edilməsi və yerinə yetirilməsi;

- aeroportun ərazisində yerləşən mülki aviasiya obyektlərinin yanğına qarşı təhlükəsizliyinin təmin edilməsi;

- aeroportun inkişafının perspektiv və illik proqnozunun, məqsədli elmi-texniki və sosial-iqtisadi proqramların işlənib hazırlanması;

- mülki aviasiya sahəsində Azərbaycan respublikasınınbeynəlxalq müqavilələrdə qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi.

1999-cu ildə H.Əliyev Beynəlxalq Aeroportunda bütün beynəlxalq standartlara cavab verən yeni aerovaqzal kompleksi işə salınmışdır.

Aeroport yeni texnika və avadanlıqlarla (eskalatorlar, hidravlik liftlər, sərnişin və yük liftləri, teleskopik sərnişin nərdivanı, baqajın emalı sistemi-uçma və enmənin 2 xətti (transportyerlar), nəzarət monitorları və kompüter qeydiyyat avadanlıqları, kondisilaşdırma,ventilyasiya və istiliklə təmin sistemləri təshiz edildi. Aeroportun telefon rabitəsinin səmərəliliyinin yüksədilməsi məqsədilə İngiltərənin “AİRSYS ATM” firması tərəfindən beynəlxalq standartlara müvafiq olan yeni telefon stansiyası tikilmişdir.

H.Əliyev Beynəlxalq Aeroportunun aerodromu iki süni üçüş-enmə zolağı (SUEZ) və öç hərəkət zolağı (HZ) ilə təchiz olundu. SUEZ-1 aşağıdakı parametrlərə malikdir:MK 335-155, uzunluğu 2700 metr, eni 60 metr, müvafiq olaraq SUEZ-2-MK 355-175, 3200 metr və 45 metr.SUEZ-nin səthi asfaltbetondur.(sərt olmayan).

SUEZ İCAO- meteominimumları ilə təchiz edilmiş A, B, C, D, E kateqoriyalı hava gəmilərinin və bütün növ vertolyatorların qəbulu üçün hazırlanmışlar. Aerodromda SUEZ—OMİ və SUEZ-2-OVİ-1 üşün radio-işıq texniki avadanlıqlar quraşdırılmışdır.

H.Əliyev Beynəlxalq Aeroportunda 100 ton tutuma malik olan yeni yük terminalı tikilib istifadəyə verilmişdir.

“NAXÇIVAN” Beynəlxalq Aeroportu

“NAXÇIVAN” Beynəlxalq Aeroportu Naxçıvan Muxtar Respublikasında Baltik dəniz səviyyəsindən 870 metr yüksəklikdə yerləşir. Aeroport Beynəlxalq Standartlara uyğun olaraq yenidən qurularaq 2004-cü ildə istifadəyə verilmişdir.

“GƏNCƏ” aeroportu

“Gəncə”aeroportu Gəncə şəhərindən 4 km kənarda yerləşir və və H.Əliyev Beynəlxalq Aeroportuna uçub gələn hava gəmiləri üçün ehtiyat aeroportudur. Gəncə aeroportu 2004-cü ildən başlayaraq Beynəlxalq standartlara uyğun yenidən qurulur və 2006-cı ilin sonunda istifadəyə veriləcəkdir.

“YEVLAX “ aeroportu

Aeroportun aerodromu “Q” sinifdəndir.MK 1200-300, SUEZ uzunluğu 1600 metr, eni 35 metr (asfaltbeton), 1850 metr uzunluğu və 90 metr enli qrunt UEZ (QUEZ). Aerodrom III və IV sinif təyyarələrin və bütün tipli vertolyotların qəbulu üçün yararlıdır. SUEZ 250 metrlik yanları hər biri 90 metr olan KPB-yə, QUEZ müvafiq olaraq 250 metr və 50 metrliyə malikdir. Aerodrom aşağıdakı işıq-siqnal və radio-texnika avadanlıqları ilə təchiz olunmuşdur. DPRM (PAR-10s;APR-7), BPRM (ARM-150). Kurs 3000KV olan “Kaştan”, “Polyot-2”,”Baklan-RN”, “Mayak”radiostansiyaları vardır qəbulediciləri – “Brusnika”, “Sosna”, radiostansiyalar-R405, ARP-80 və radiolakatorlar.

“ZABRAT” aeroportu

“ZABRAT” aeroportu Bakı şəhərinin şimal-şərqindən 18 km və Maştağa qəsəbəsinin cənub-qərbindən 5 km kənarda yerləşir. III sinif aeroportudur. Aeroportun aerodromu “E” sinifdəndir, MK 1700-3500, SUEZ-nin üzünlüğü 650 metr və eni 60 metrdir (səthi asfaltbetondur), HG-in 42 dayanacaq yerləri vardır. Aerodrom sutkanın gündüz saatlarında bütün tipli vertolyotların və AN-2 tipli təyyarələrin qəbulu üçün yararlıdır. Aerodrom aşağıdakı işıq-siqnal və radio-texnika avadanlıqları quraşdırılmışdır: ”Baklan-RN”, “Sirut-1”, R-414 “Bereza”, ATSP-438 “Sineva”, işıq fanarları ZOV, ARP-80, PAR-10

Beynəlxalq Kommersiya İdarəsi

Beynəlxalq kommersiya idarəsi (BKİ) 1997-ci ilin oktyabr ayında birbaşa kommersiya fəaliyyətlə məşğul olan mülki aviakompaniyaların müxtəlif struktur bölmələlərinin (Aviasiya daşınmaların satışı idarəsi, xarici ölkə nümayəndələrinin işləri üzrə şöbə, beynəlxalq hasablaşmalar şöbəsi, aviakompaniyaların xarici ölkələrlə nümayəndəlikləri)birləşdirilməsi yolu ilə yaradılmışdı.

BKİ-nin əsas vəzifələri:

- milli və xarici aviakompaniya reyslərinə aviadaşımaların satışının təşkili və satışa nəzarət;

- ali agentlərlə, yerli və xarici bazarlarla aviadaşımaların satışı üzrə agentlərlə razılaşmaların və müqavilələrin işləyib hazırlanması və bağlanması;

- aviadaşımalar bazarının konyekturasının öyrənilməsi və milli aviakompaniyaların hava gəmilərlə sərnişin və yük aviadaşımaların həcminin genişlənməsi üçün tarif siyasətinin rəqabət qabiliyyətinin müəyyən edilməsi;

- xarici ölkə nüməyəndəliklərinnin təşkilati-istehsalat və kommersiya fəaliyyətini nizama salan sənədlərin işlənib hazırlanması və onların operativ məsələlərinin həlli; kommersiya əməkdaşlığı üzrə bağlanmış razılaşmalar çərçivəsində xarici aviakompaniyalarla, agentlərlə qarşılıqlı hesablaşmaların yerinə yetirilməsi;

- aviadaşımaların satışını, sərnişinlərin qeydiyyatını və reyslərin kommersiya xidmətini təmin edən qabaqcıl texnologiyanın tətbiq edilməsi;

- aviadaşımalarla bağlı reklam-informasiya və sorğu işlərinin təşkil edilməsi.

BKİ “AZAL” MAK və “AZAL” DAK ilə bağlanmış Razılaşmalar əsasında aviadaşımaların yerli bazarında və xaricdə onların maraqlarını təmsil edir. Aviadaşımaların satışı Mərkəzi Agentlik (Bakı şəhəri) və onun Azərbaycan Respublikasının şəhər və rayonlarında yaradılmış periferik kassaları tərəfindən, eləcə də özünün xaricdə olan nümayəndəlikləri və agentləri tərəfindən həyata keçirilir.

«QRAUND XENDLİNQ KOMPANİ» Birgə Müəssisəsi

“Ground Handling Company” Birgə Müəssisəsi (GHJ BM) 1999-cu ilin mart ayında «Azərbaycan Hava Yolları» Dövlət Konserni və «İnternational Handling Jompany» Britaniya Kompaniyası tərəfindən təsis edilmişdi. “Ground Handling Company” BM-nin yaradılmasının əsas məqsədi vardı: İATA standartlarına müvafiq olaraq hava gəmilərinin yerüstü xidmətinə, eləcə də baqajın, poçtun və yüklərin, həmçinin təhlükəli yüklərin hazır şəklə salınmasına qulluq göstərilməsi.

Keyfiyyətli qulluq göstərilməsi üçün GHC BM «TİGER» tipli baqaj traktorundan «TREPEL 70W» Hayloder yükləyicisinə qədər yerüstü texnikanın bütün nomenklaturu ilə təchiz edilmişdir

Sərnişinlərə xidmət cənub və şimal terminalda sərnişinlərin avtomatlaşdırılmış qeydiyyat sistemi (DJS) düzəldilmiş 48 dayaqda eyni vaxtda xidmət göstərilir.

GHC BM 2000-ci ildən yerüstü xidmət sahəsində İATA Sovetinin (İATA Ground Handling Council) informasiya məsələləri üzrə üzvüdür.

Aviasiya Təhlükəsizliyi İdarəsi

Aviasiya Təhlükəsizliyi İdarəsi (ATİ) müstəqil idarə kimi 1996-cı ilin avqust ayında Azərbaycan Respublikası dövlət aviaşirkətlərinin aviasiya təhlükəsitzliyi Xidməti bazasında yaradıldı.

ATİ-nin əsas vəzifələri aşağıdakılardır:

- İKAO tələblərinə müvafiq olaraq daxili və beynəlxalq hava xətlərində sərnişinlərin, baqajın, yükün və poçtun hava daşımalarını həyata keçirərkən aviasiya təhlükəsizlik tədbirlərinin təmin edilməsi;

- hava gəmilərinə qadağa olunmuş əşyaların keçirilməsi hallarını aradan qaldırmaq məqsədilə sərnişinlərin, baqajın və əl yüklərinin nəzarəti;

- hava gəmilərinin və mülki aviasiya obyektlərinin mühafizəsi;

- mülki aviasiya müəssisələrində, idarələrində və təşkilatlarında buraxılış və obyektdaxili rejimin təmin edilməsi.

Hava gəmilərinə kənar şəxslərin qanunsuz müdaxilə hallarına yol verilməməsi məqsədilə ATX-in işçiləri tərəfindən sərnişinlərin enmə talonunda, onların təhlükəsizlik nəzarətindən keçilməsini göstərən müvafiq ştampın olmasına nəzarət aparılır. N.Əliyev Beynəlxalq Aeroportun qorunan və xüsusilə vacib obyektlərə kənar şəxslərin qanunsuz müdaxilə hallarının qarşısını almağı və rejimin saxlamağı təmin etmək məqsədilə bütün ərazisi zonalara bölünmüşdü. Hava gəmilərinə keçirilməsi qadağan edilmiş partlayıcı və digər əşyaların aşkar edilməsi üçün dünya praktikasında itlərdən istifadənin tətbiq edilməsi məqsədilə ATX kinoloq xidməti yaratdı. Bu xidmət yaxın zamanda fəaliyyətinə başlayacaqdır. Hal-hazırda mülki aviasiyanın 52 obyekti ATX-nin mühafizəsi altındadır. Bu obyektlərin etibarlı qorunmasını təmin etmək üçün hər yerdə siqnal mühafizə sistemi tətbiq olunur. Mühafizə dəstəsi ucadandanışan və mobil rabitə ilə, lazım olduqda isə müvafiq odlu silahla təchiz olunur.

Aviasiya təhlükəsizlik İdarəsi təhlykəsizliyin təmini sistemlərinin aşağıdakı növlərindən istifadə edir:

- telemüşahidə;

- daxil olmanın idarə edilməsi;

- sərnişinlərin baqajının yoxlanılması;

- daxil olma zonası qeyd olunmuş plastik icazənamələrin verilməsi.

Telemüşahidə sistemi sərnişinlərin aeroportun giriş qapısından teleskopik nərdivanla keçib hava gəmisinə girişə qədər olan bütün getmə yollarını əhatə edir Bütün çəkiliş kameralarından gələn informasiyaların gecə-gündüz yazılışı gedir. Operativ yazılış məqsədilə idarə olunan hərəkətli çəkiliş kameralarından istifadə olunur. «Nothern Computer» və Win-pak istehsalı olan daxil olmaya nəzarət sistemindən istifadə olunur.

Sərnişinlərin və baqajların yoxlanılması sistemi rentgen sistemindən, stasionar və əl metal detektorlarından ibarətdir. Sərnişinlərin və ayrı-ayrı şəxslərin mümkün cinayətkar niyyətlərini üzə çıxartmaq məqsədilə gözləmə zonalarında, nəzarət məntəqələrində, hərəkət traplarında, aeroportun rejim zonasına qanunsuz müdaxilənin mümkün olduğu ən zəif yerlərdə və s.-də videonəzarət kameraları quraşdırılmışdır. Operativ münasibət göstərmə və zəruri tədbirlərin görülməsi məqsədilə bütün vileonəzarət kameraları dispetçer məntəqəsinə çıxardılmışdır. N.Əliyev adına Binə Beynəlxalq Aeroportunda aviasiya təhlükəsizliyinin təmini və təşkili üzrə görülən işlərə İKAO və İATA-nın aparıcı mütəxəssisləri tərəfindən 1998-ci ilin iyulunda və 1999-cu ilin sentyabrında qiymət verilmişdir. Onların rəylərinə görə Azərbaycan Respublikasında aviasiya təhlükəsizliyinin vəziyyəti yaxşı səviyyədədir və beynəlxalq standartlara uyğundur.

«AZƏRAERONAVİQASİYA» müəssisəsi

«AZAL» Dövlət Konsernin «Azəraeronaviqasiya» müəssisəsi 01 aprel 1996-cı ildə təşkil olundu və mülki aviasiyanın müstəqil müəssisəsidir. Öz fəaliyyətini tam təsərrüfat hesablı və özünümaliyyələşdirmə prinsipləri əsasında qurur və Azərbaycan Respublikasının hava məkanında hava hərəkətinə aeronaviqasiya xidməti sahəsində rəsmi dövlət sifarişçisidir.

Müəssisənin əsas vəzifələri aşağıdakılardır:

- Azərbaycan Respublikasının hava məkanında hava hərəkətinin idarə edilməsi və xidməti sisteminin hər vasitə ilə inkişafının və təkmilləşdirilməsinin təmin edilməsi;

- hava gəmilərinin təhlükəsiz və müntəzəm uçuşlarının təmin edilməsi, hava hərəkətinin daha proqressiv idarə edilməsi texniki vasitələrinin, sistemlərinin və metodlarının tətbiq edilməsi, Azərbaycan Respublikasının müvafiq dövlət strukturu ilə birlikdə Azərbaycanın hava məkanından IJAO (mülki aviasiyanın beynəlxalq təşkilatı) standartlarına uyğun istifadə qaydasının təkmilləşdirilməsi;

- Azərbaycan Respublikasının hava məkanında beynəlxalq hava yolunun həyata keçirilməsinə və inkişafına yönəldilən zəruri tədbirlərin, eləcə də mülki aviasiya sahəsində bərabərlik və qarşılıqlı əlverişlik prinsipləri əsasında beynəlxalq elmi-texniki əməkdaşlığın keçirilməsi.

«AZƏRAERONAVİQASİYA» müəssisəsi aşağıdakı təşkilatlarla əməkdaşlıq edir:

- IJAO – mülki aviasiya beynəlxalq təşkilatının Avropa və Şimali Atlantik Bürosunun (Parij şəhəri) aşağıdakı qruplarıla:

  • • EANPG – Avropa aeronaviqasiya planı;

  • • GATE – HHİ–də aeronaviqasiya prosedurları;

  • • TARTAR – hava məkanının inkişafı və hava yolunun tətbiqi;

  • • FLOE –Avropa regionunun aeronaviqasiya sisteminin inkişafı;

    - ECAC – 2002-ci ildən Azərbaycanın üzvü olduğu mülki aviasiyanın Avropa konferensiyası ilə;

    - Eurocontrol – aeronaviqasiya təhlükəsizliyi üzrə Avropa təşkilatı ilə;

    - IATA – hava daşıyıcılarına keyfiyyətli aeronaviqasiya servis xidmətinin təmin edilməsi sahəsində beynəlxalq aviadaşıyıcılar assosiasiyası ilə;

    - BAK – müəssisələrin obyektlərinin, xidmətlərinin və şöbəlirinin sertifikatlaşdırılması məsələləri üzrə MDB beynəlxalq aviasiya komitəsi ilə;

    - təcrübə, informasiya və təhsil haqqında məsələlər üzrə mübadilə məqsədilə Raşılaşdırılmış ölkələrin aeronaviqasiya müəssisələrilə.

    Azərbaycanın aeronaviqasiya sistemi hava hərəkətinin idarəedilməsində təhlükəsizlik təminatının ən müasir tezniki vasitələri ilə təchiz olunmuşdu. Müasir rabitə, naviqasiya və müşahidə sistemləri, Azərbaycan Respublikasının hava məkanında hava hərəkətinin idarə edilməsində yüksək ixtisaslı dispetçer, mühəndis, meteoroloji və inzibati personal ilə birlikdə təhlükəsizliyin, müntəzəmliyin və səmərəliliyin təminatı kimi ümumi vahid məqsədi müəyyən edən aeronaviqasiya sisteminin mühüm elementini təşkil edirlər.

    «AZALOİL» müəssisəsi

    «AZALOİL» müəssisəsi müstəqil hüquqi şəxs kimi 1997-ci ildən mülki aviasiya sistemindədir.

    Müəssisə aşağıdakı vəzifələri yerinə yetirir:

    - Azərbaycan Respublikasının ərazisində yerləşən bütün aeroportlarda aeroportun bütün növ hava gəmilərinin, avtomobil nəqliyyatının və mexaniki vasitələrin müvafiq yanacaq-sürtkü materialları ilə və xüsusi maye ilə doldurulması;

    - əsas bazanın inkişafı, hava gəmilərinin və avtomobil nəqliyyatının yanacaq-sürtkü materialları ilə doldurulması şəraitinin yaxşılaşdırılması;

    - aviasiya texnikası, avtonəqliyyat və aerodrom mexanizmlərinin fəaliyyəti üçün vacib olan yanacaq-sürtkü materiallarının doldurulması sahəsində tələb və təkliflərin öyrənilməsi və YSM-nın zəruri ehtiyatının yaradılması.

    Bu məqsədlərin beynəlxalq standartlar səviyyəsində yerinə yetirilməsi üçün 2000-ci ildə Britaniyanın «FLIGHTLINE SUPPORT Ltd» firmasının layihəsi əsasında tikilmiş bu cür obyektlərə təqdim edilən bütün tələblərə cavab verən yeni «BAKU AIRPORT AVIATION FUEL DEPORT» istismara verildi.

    «AZALOİL» müəssisəsi yanacaq dolduranları, yağ dolduranları, təmir emalatxanasını, dayanacaq və mühafizə yerini, eləcə də aviasiya və avtomobil üçün yanacaq-sürtkü materiallarının qəbulu, saxlanılması və buraxılması kimi bütün zəruri texniki əməliyyatları təmin edən YSM anbarını özündə cəmləşdirən şəxsi nəqliyyat strukturuna malikdir.

    «ATM AZAL» Birgə Müəssisəsi

    «AZAL» Aviasiya-Texniki Mərkəz Bağlı Səhmdar Jəmiyyəti (BSJ) Aviakompaniyalar-Sifarişçilərin təyyarələrinin dövrü və operativ reqlament formaları üzrə hava gəmilərinin tam texniki xidmətlərini təmin edir.

    «AZAL» ATM-in yarandığı ilk gündən texniki xidmətin keyfiyyətinə zəmanət uğrunda proqressiv hərəkat genişləndirilmişdir.

    ATM-in arsenalına aşağıdakılar daxildir:

    - texniki xidmət göstərilməsi üçün iki anqar:

    a) TU-154, TU-134 və Boinq-727, Boinq-757 tipli təyyarələr üçün;

    b) YAK-40, An-26 və An-32 tipli təyyarələr üçün.

    - yuxarıda göstərilən tipli hava gəmiləri üçün lazımi yerüstü avadanlıqlar, alətlər, ehtiyat hissələri, aqreqatlar və mühərriklər;

    - yağların təhlilini aparmaq üçün, eləcə də HG-nin rozulmaz nəzarəti üzrə işlərin yerinə yetirilməsində cihaz nəzarəti üçün diaqnostik laboratoriya;

    - yoxlama-təmir metroloji baza laboratoriyası;

    - qəza-xilasetmə vasitələrinə xidmət qrupu; Avialaynerlərin idarə edilməsi keyfiyyətinin və təyyarələr sisteminin iş qabiliyyətinin qiymətləndirilməsi üçün ATM-də HG-nin uçuşu haqqında informasiyanın obyektiv nəzarət vasitələrinin hasilatını həyata keçirən uçuş informasiyasının oxunması sahəsi fəaliyyət göstərir.

    Texniki xidmət prosesinə nəzarət və idarə etmə dispetçer və texnoloji qrafik üzrə yerinə yetirilir.

    Yük Aviasiya Şirkəti (YAŞ) «Azərbaycan Hava Yolları» Dövlət Konserninin struktur vahidlərindən biridir. Yük Avia Şirkətinin əsas fəaliyyəti yük avia daşımalarını vaxtında, keyfiyyətli və təhlükəsiz yerinə yetirməkdir.

    YAŞ uzun məsafələrə uçuşları yerinə yetirən İL-76 (45 t yükgötürmə qabiliyyətli, 190 m³ həcmli), AN-32 (6,7 t – 60 m³), AN-26 (5,5 t – 60 m³), AN-12 (15 t – 80 m³) tipli yük hava gəmiləri ilə işləyir. Sifarişçinin istəyi ilə YAŞ RUSLAN (AN-124) tipli daha iri qabaritli hava gəmiləri təqdim etmək imkanına malikdir.

    YAŞ Avropa, Aziya, Afrika regionlarına və MDB ölkələrinə müntəzəm və çarter reysləri yerinə yetirir. Yuxarıda göstərilən regionlarda müxtəlif növ yüklərin axtarışı və yığılması ilə məşğul olan reyslərin satışı üzrə ixtisaslı agentlərə malik olan YAŞ aşağıdakı müntəzəm reyslərin yerinə yetirilməsi tezliyinin yüksəldilməsinə nail olmuşdur: Bakı – Urumçı – Bakı, Bakı - dubay – Bakı, Bakı – Ceşuv – Bakı, Bakı – Lüksemburq – Bakı, Bakı – Ostend – Bakı və s. Yük daşımalarının geniş yayılmış üsullarından biri – transferlə.

    YAŞ avia yük sahəsində bütün iştirakçıları aviasiya yük daşımalarının vahid sıralarında cəmləşdirən TİAKA beynəlxalq aviayük assosiasiyasının qayğıçəkən.üzvüdür. TİAKA – nın üzvləri və iştirakçıları, eləcə də, İATA beynəlxalq assosiasiyanın partnyorlarıdırlar. Yük Aviasiya Şirkəti eyni zamanda FİATA - yük ekspeditorları assosiasiyasının beynəlxalq federasiyasının, İKAO - beynəlxalq gömrük təşkilatının və BAS - beynəlxalq aeroportlar sovetinin tərkibinə daxildir.

    http://www.azal.gov.az/

    yuxarı