AVTOMOBİL NƏQLİYYATI

Avtomobil nəqliyyatı

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli Fərmanı ilə “Azəravtonəqliyyat” Dövlət Konserni və “Azəravtoyol” Dövlət Şirkəti ləğv edilmiş və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2003-cü il 24 iyun tarixli 04 nömrəli əmri ilə Nazirliyin tərkibində müvafiq olaraq “Avtonəqliyyatservis” və “Yolnəqliyyatservis” Departamentləri yaradılmışdır.

Avtonəqliyyatservis Departamenti

Azərbaycanda avtomobil nəqliyyatının tarixi XX əsrin əvvəllərinə təsadüf edir. 1911-ci ildə Azərbaycanda cəmi 36 ədəd avtomobil olmuşdur. Bərk örtüklü yolların uzunluğu isə cəmi 210 km idi.

1920-1930-cu illərdə əsasən neft sənayesində texnoloji və xüsusi məqsədlər üçün ixtisaslaşdırılmış avtomobil parkı yaranmağa başlamışdı.

1926-cı ildə respublikada 896 ədəd avtomobil olmuşdur, ki onlardan da 275 ədədi minik, 518 ədədi yük və 103 ədədi ixtisaslaşdırılmış avtomobillər idi. Yük avtomobillərinin 400-dən bir qədər çoxu “Azneftin” sərəncamında idi.

Avtomobil parkının artması şosse yollarının uzunluğunun artmasına səbəb oldu. Həmin dövrdə şosse yollarının uzunluğu 6500 km, o cümlədən 2300 km ittifaq və respublika əhəmiyyətli yollar təşkil edirdi.

Sürətlə inkişafda olan respublikanın sənaye, kənd təsərrüfatı, müdafiə və digər sahələrdə nəqliyyata tələbatının təmin olunması məqsədi ilə, çevik avtomobil təsərrüfatının yaradılması vacib tədbirlərdən biri idi.

Bu məqsədlə, 1935-1936-cı illədrə respublikamızda “Soyuztrans” adlı ümumi istifadəli bir avtonəqliyyat qurumu yaradıldı. Bu idarənin nəzdində sərnişin və yük daşımaları ilə məşğul olan avtomobil dəstələri fəaliyyət göstərirdi.

1939-cu ildə Avtonəqliyyat Xalq Komissarlığı (avtomoillərin sayı 600-800 ədəd olmuşdur), 1946-cı ilin mart ayında Avtomobil Nəqliyyatı Nazirliyi yaradılmışdır.

Avtomobil Nəqliyyatı Nazirliyi tədricən inkişaf edərək 1987-1990-cı illərdə öz zirvəsinə çatmış və onun nəzdində 140-ANM, 9-sənaye, 11-tikinti müəssisəsi olmuşdur.

1992-ci ilin fevral ayında “Azəravtonəqliyyat” Dövlət Konserni yaradılmışdır. Avtomobil nəqliyyatı vasitələri parkının tərkibi 16000 əd. yük, , 7600 əd. minik (taksi) avtomobillərindən və 5800 əd. avtobusdan ibarət olmuşdur.

Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi Proqramlarına uyğun olaraq, 1995-ci ildən başlayaraq, nəqliyyat müəssisələrinin özəlləşdirilməsinə başlanılmış və hal-hazırda, erməni qəsbkarları tərəfindən işğal olunmuş ərazilərdə yerləşən müəssisələr istisna olmaqla, demək olar ki, bütün avtonəqliyyat müəssisələri özəlləşdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli Fərmanı ilə “Azəravtonəqliyyat” Dövlət Konserni ləğv edilmiş və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2003-cü il 24 iyun tarixli 04 nömrəli əmri ilə Nazirliyin tərkibində “Avtonəqliyyatservis” Departamenti yaradılmışdır.

Hazırda“Avtonəqliyyatservis” Departamentinin tərkibinə aşağıdaki müəssisə və təşkilatlar daxildir:

Tədris-Kurs Kombinatı-1934-cü ildə yaradılmış və neft sənayesi üçün nəqliyyat üzrə kadr hazırlığı ilə məşğul olmuşdur. Hal-hazırda Kombinat Müdafiə Nazirliyinin sürücü kadrlarla təmin olunmasında, respublikada sərnişin və yük daşımaları üçün müxtəlif kateqoriyalı sürücülərin hazırlanmasında və onların ixtisas dərəcələrinin artırılmasında mühüm rol oynayır. Kombinatda, həmçinin müntəzəm sərnişin daşımalarında çalışan avtobus sürücüləri üçün xüsusi hazırlıq təlimi keçirilir. Gəncə, Lənkəran, Biləsuvar, Naxçıvan, Əli Bayramlı şəhərlərində filialları vardır.

Nəqliyyat vasitələrinin texniki tələblərə uyğunluğunu müəyyən etmək məqsədilə, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2003-cü il 15 sentyabr tarixli 32/Ü saylı Sərəncamı ilə Texniki Müayinə Mərkəzi yaradılmışdır.Onun Sumqayıt, Gəncə, Yevlax, Şəki, Göyçay, Əli Bayramlı, Lənkəran və Quba şəhərlərində filialları fəaliyyət göstərir.

Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalı, dövlət əhəmiyyətli obyekt kimi, Azərbaycan Respublikasının şəhər və rayon əhalisinə sərnişindaşima xidməti göstərir, sərnişin daşimaları sahəsində avtobus marşrutları şəbəkəsinin tənzimlənməsi və s. tədbirləri həyata keçirir.

Bakı şəhəri marşrutlarında gün ərzində 4000-ə yaxın müxtəlif avtobuslarla sərnişinlərə xidmət göstərilir. Bakı şəhər Beynəlxalq və Şəhərlərarası Avtovağzalından respublikanın rayonlarına müxtəlif marşrutlar üzrə gün ərzində 500-550 avtobus yola düşür ki, bu da 350 minə qədər sərnişin daşınması deməkdir. Avtovağzalın ştat cədvəli üzrə 245 nəfər işçisi vardır. Onun tərkibinə aşağıdakı struktur vahidləri daxildir:

- Zərdab Avtovağzalı - 4-cü mikrorayon avtokassası

- Daşkəsən Avtovağzalı - Astara avtokassası

- Ağdaş Avtovağzalı - “8-ci km” avtokassası

- Ucar Avtovağzalı - BSD avtokassası

- Cəlilabad Avtovağzalı - Nabran avtokassası

- Balakən Avtovağzalı - Yardımlı avtokassası

- Naftalan Avtovağzalı - Hacıqabul avtokassası

- Lerik avtokassası

- Bakı – Sumqayıt Avtostansiyası - Bəhramtəpə avtokassası

- Hava Limanı Avtostansiyası - Saatlı avtokassası

- Qaradağ Avtostansiyası - Göytəpə avtokassası

- “Şimal” Avtostansiyası

“Nəqliyyatservis” Avtonəqliyyat müəssisəsi MMC dövlət tədbirlərinin keçirilməsində əhaliyə, xarici qonaqlara, xarici və yerli təşkilatlara avtomobil nəqliyyatı ilə nümunəvi, ödənişli nəqliyyat xidməti göstərir.

“İnterterminal” Dövlət Müəssisəsi – ekspedisiya xidməti, avtomobillər üçün logistika xidmətləri (yükləmə və boşaltma prosesləri) və s. xidmətlər göstərir.

“Azərnəqliyyatekspedisiya” İstehsalat Birliyi – respublika üzrə nəqliyyat-ekspedisiya xidmətlərini təşkil edir. Balakən, Bərdə, İmişli, Göyçay, Zaqatala, Cəlilabad və Mingəçevir şəhərlərində nəqliyyat-ekspedisiya müəssisələri, Gəncə Yük Avtostansiyası və Sumqayıt Yük Avtodayanacağı, Sumqayıt, Gədəbəy, Qax, Qəbələ, Ucar, İsmayıllı şəhərlərində filialları və Balakən Terminalı vardır.

Texniki İdman Klubu – avtonəqliyyat sahəsində idman tədbirləri keçirir (hal-hazırda fəaliyyət göstərmir) 4 saylı kiçik avtotəmir müəssisəsi – avtotəmir xidmətləri göstərir. Ağdam rayonunda yerləşir və hal-hazırda fəaliyyətsizdir.

Tovuz avtotəmir zavodu – avtomobil təmiri xidmətləri göstərir.

Departamentin nəzdində yük və sərnişin daşımalarını həyata keçirən aşağıdakı avtomobil nəqliyyatı müəssisələri vardır:

- Siyəzən ANM

- Qubadlı ANM (Sumqayıt şəhərində yerləşir)

- Şuşa ANM (Bakı şəhərində yerləşir)

- Cəbrayıl ANM (Saatlı şəhərində yerləşir)

- Xocavənd ANM (Beyləqan rayonunda yerləşir)

- Laçın ANM (Agcabədi şəhərində yerləşir)

- Xocalı ANM (Goranboy rayonunun Agcakənd qəsəbəsində yerləşir)

- Zəngilan ANM (Bakı şəhərində yerləşir)

- Ağdam Avtokombinatı (Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşir)

- Xızı ANM

- Ağcakənd ANM (fəaliyyətsizdir)

- Kəlbəcər ANM (Gəncə şəhərinin Gülüstan qəsəbəsində yerləşir)

“Avtonəqliyyatservis” Departamentinin mərkəzi aparatına aşağıdakı struktur bölmələri daxildir:

1. Departamentin rəhbərliyi

2. Daşımaların təşkili idarəsi

3. Marşrut müqavilələri idarəsi

4. Texniki idarə

5. Baş nəqliyyat müfəttişliyi idarəsi

6. Kadrlar və sosial məsələlər idarəsi

7. İqtisadiyyat şöbəsi

8. Mühasibat uçotu şöbəsi

9. Lisenziyalaşdırma və fərqlənmə nişanlarının rəsmiləşdirmə xidməti

10. Bakı sərnişinnəqliyyat

yuxarı