AZƏRBAYCAN DÖVLƏT DƏMİR YOLU

Azərbaycan Dövlət Dəmir Yolu 1880-ci ilin 20 yanvar tarixində yaradılmışdır.

Azərbaycanda ilk dəmir yolunun uzunluğu 20 km-ə bərabər olmuş, Bakı-Sabunçu arasında buxar dartısı ilə neft daşınması həyata keçirilmişdir.

1883-cü ilin may ayının 8-də uzunluğu 550 km olan Bakı-Tiflis,1900-cü ildə isə uzunluğu 231 km olan Dərbənd-Biləcəri dəmir yolunun tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.

ADDY keçmiş Sovetlər İttifaqının ən qocaman polad maqistrallarından biri olmuş,Böyuk vətən muharibəsi illərində Azərbaycan dəmiryolcuları çox çətin sınaqlardan müvəffəqiyyətlə çıxmış,Qızıl Ordunu yanacaq və neft məhsulları ilə təmin etmiş cəbhəyə 1 milyon 300 min o, cümlədən 600 min sistern yanacaq dolu vaqon yola salmışlar.

Yarandığı andan indiki vaxta kimi ADDY-nun kollektivi dəmir yolu ilə yük və sərnişin daşımalarına olan tələbatı ödəmiş və ilbəil artan daşıma həcmlərini qabaqlamaq üçün dəmir yolunun imkanlarını artırırlar.

Hazırda Azərbaycan Respublikasında dəmir yollarının uzunluğu 2944, km. istismar uzunluğu isə 2122 km təşkil edir.

Dəmir yolu xəttinin daha intensiv sahələri, yəni 1277,1 km-i elektrikləşdirilmişdir ki,bu da ümumi uzunluğunun 60%-nı təşkil edir.

2005-cü ildə Azərbaycan Dövlət Dəmir Yolu tərəfindən 26201,0 min ton yük, 5509,7 min nəfər sərnişin daşinmış,yük dövriyəsi 9524 min ton km. Sərnişin dövriyysi isə 881,1 min sərnişin km. təşkil etmişdir.

Avropa-Qafqaz-Asiya (TRACECA) dəhlizi üzrə tranzit yük daşınmasının həcmi 7327,6 min tona bərabər olmuşdur.

Azərbaycan Dövlət Dəmir Yolunun tərkibində:

-İdarə aparatı

-Daşıma Prosesləri İdarəetmə birliyi

-Sərnişin Daşıma İstehsalan birliyi

-“Lokomotiv İstehsalat” birliyi

-“Vaqon Servis” İstehsalat birliyi

-Yol istehsalat birliyi

-Elektrik Təçizatı İstehsalat birliyi

-İşarəvermə və Rabitə İstehsalat birliyi

-Maddi Texniki Təçizat birliyi

-Hərbiləşdirilmiş Mühafizə Təsərrüfatı

-Naçıvan Hissəsi

-Məlumat hesablama mərkəzi

-Mətbəə

-Dəmir yolu nəqliyyati vasitələrinin təminatı müəssisəsi

-Lokomotiv Sağlamlıq idman mərkəzi

-Tikilməkdə olan müəssisələrin müdiriyyəti

-Yolun həkim-sanitar xidməti

-Yolun fəhlə təçhizatı birliyi

-Tarif və Nəqliyyat servis xidməti

-Su təçhizatı və sanitar-texniki qurğular distansiyası

-Texniki İnzibati binaların istismarı müəssisəsi

fəaliyyət göstərir.

Yolun strukturunun yuxarıda göstərilən qaydada təşkili bütövləkdə dəmir yolu nəqliyyatının ahəndar işini və inkişafını təmin edir.

Daşıma prosesləri idarəetmə birliyinin işi daşıma, buraxıcılıq və yük işlərinin aparılmasını tənzimlənməyə yönəldilmişdir.Birliyin tərkibinə idarəetmə aparatı,

Şimal,Qərb və Cənub xətti stansiyaları,Təsərrufat hesablı Biləcəri, Bakı-Yük, Keşlə, Sumqayıt, Şirvan, Gəncə və Bakı Şəhər Yük stansiyaları daxildir.

Sərnişin Daşıma İstehsalat birliyi dəmir yolu nəqliyyatı ilə sərnişin daşınmasını, sərnişinlərə xidməti və sərnişin vaqonlarının cari, depo və əsaslı təmir olunmasını təşkil edir.Birliyin tərkibinə idarəetmə aparatı və xətti stansiyalar, təsərrufat hesablı Bakı sərnişin stansiyası,Bakı Vaqon deposu və Uşaq dəmir yolu daxildir.

Birliyin balansında 734 ədəd sərnişin vaqonu, 71 ədəd elektrik qatarı vardır.Sərnişin vaqonlarından 32 ədədi “SV”, 227 ədədi ”Kupe”, 340 ədədi isə “Plaskart” tiplidir.

Son illər ərzində ADDY-nın və Birliyin daxili imkanları və gücü hesabına istismara yararsız sərnişin vaqonları yenidən qurularaq Bakı-Gəncə, Bakı-Mingəçevir, Bakı-Dərbənd və Bakı-Astara istiqamətində hər biri 5-7 vaqondan ibarət firma sürət qatarları komplektləşdirilərək sərnişinlərin istifadəsinə verilmişdir.

Bakı Vaqon Deposunun təmir bazası genişləndirilmiş, sərnişin vaqonlarının təmir keyfiyyəti yüksəldilmişdir.

Lokomotiv İstehsalat Birliyi daşıma proseslərində mühüm və həlledici yer tutur.

Birliyin tərkibində Bakı, Biləcəri, Gəncə, Salyan və İmişli lokomotiv depoları fəaliyyət göstərir.

Azərbaycan Dövlət Dəmir Yolunun lokomotiv parkında 473 ədəd lokomotiv vardır. Onlardan 278 ədədinin istismar müddəti başa çatmışdır.

Bundan əlavə parkda SR3 markalı 2ədəd və ER2 markalı 71 ədəd elektrik qatarı vardır. Lokomotiv parkının yeniləşdirilməsi məqsədi ilə AYIB-nin krediti hesabına 30ədəd yeni lokomotivlərin alınması, Bakı lokomotiv deposunun bazasında lokomotivlərin əsaslı təmiri zavodunun yaradılması nəzərdə tutulur.

VaqonServis İstehsalat birliyinin tərkibinə Bakı vaqon təmiri zavodu,Biləcəri, Gəncə və Qazı-Məmməd vaqon depoları, Konteynerlərin təmiri üzrə Keşlə vaqon deposu, İmişli istismar vaqon deposu, Yeni-Ələt refrejırator vaqon deposu, Biləcəri yuyucu-buxarlayıcı stansiyası, Şirvan istismar vaqon deposu daxildir.

Azərbaycan Dövlət Dəmir Yolunun 23622 ədəd o, cümlədən 5557 ədəd qapalı , 4205 platforma, 4211 ədəd yarım, 4151ədəd sisterna, 2028 ədəd izotermik və 3470 ədəd qeyri tip vaqonları vardır.

Vaqon depoları yük vaqonlarının işə yararlı olmasına nəzarəti və onların cari, orta və depo təmirlərini həyata keçirir.

Vaqonların daim işlək vəziyyətdə saxlanılmasını və istifadəyə yararlılığının uzunmüddətli olmasını təmin etmək məqsədilə vaqon depolarının təmir bazasının genişləndirilməsi, 2005-2008-ci illərdə Yeni-Ələt refrijerator vaqon deposunun nəzdində müxtəlif tipli yük vaqonlarının əsaslı təmiri zavodunun tikintisi, və 2005-2008-ci illər ərzində 2400 ədəd neft-benzin daşıyan çən vaqonların alınması nəzərdə tutulur.

Yol İstehsalat Birliyinin tərkibinə Bakı, Bakı-sabunçu, Biləcəri, Xaçmaz, Şirvan, Gəncə, Kürdəmir, Ağstafa, Yevlax, Şəki, Qazı-Məmməd, Saatlı, Mincivan, Salyan yol distansiyaları, Qızılca qırmadaş zavodu, Bartaz çınqıl zavodu, Rels- motor nəqliyyatının, maşın və mexanizmlərin təmiri uzrə yol emalatxanası, Ordubad 13 nömrəli körpü tikinti qatarı, Bakı Körpü-təmir dəstəsi daxildir.

Yol təsərrufatının əsasını təşkil edən dəmir yolları üst tikililərdən və alt quruluşlardan ibarətdir.Alt quruluşa torpaq yatağı və süni tikililər (körpülər,tunellər,borular,möhkəmləndirici dayaq divarları və s.) daxildir.

Yol distansiyalarının əsas vəzifələri dəmir yollarını və yol qurğularını texniki cəhətdən saz vəziyyətdə saxlamaqdan, qatarların sürətli hərəkəti üçün şəraitin yaradılmasından və eyni zamanda onların hərəkətinin təhlükəsizliyini təmin edən tədbirləri yerinə yetirməkdən ibarətdir.

Yol distansiyaları yolların cari və orta təmirlərini, yoldəyişən qurğuların əsaslı təmiri,yolun torpaq yataqlarının təmizlənməsi işlərini həyata keçirir.

ADDY-da süni qurğuların sayı 2023 ədədə,onların uzunluğu isə 33337,2 p.metrə bərabərdir.

Gızılca qizmadaş zavodu və Bartaz çınqıl zavodu yol təsərrufatında geniş istifadə edilən qızmadaş və çınqıl istehsalını həyata keçirir.

Rels-motor nəqliyyatının,maşın və mexanizmlərin təmiri üzrə yol emalatxanası yol maşınlarının əsaslı,cari və elektrik mühərriklərinin təmirini həyata keçirir.

Ordubad 13 №-li körpü tikinti qatarı və Körpü təmir dəstəsi dəmiryol körpülərinin və yollardaki süni qurğuların cari və əsaslı təmirlərini,yolun torpaq yataqlarının təmizlənməsi işlərini yerinə yetirir.

Azərbaycan Dövlət Dəmir Yolu tərəfindən yolların və süni qurğuların yaxşılaşdırılması və yeni süni qurğuların tikilməsi istiqamətində 2004-2009-ci illər ərzində bir sıra böyük əhəmiyyətli işlərin yerinə yetirilməsi nəzərdə tutulur.

Belə ki,2004-2005-ci illərdə Saatlı-Becar mənzilinin 98 km-də Araz çayı üzərindəki metal körpünün yenidənqurulması,2005-2006-cı illərdə Yevlax-Malay mənzilinin 253 km-nin tək yolunda kür çayı üzərində yerləşən metal körpünün yenidənqurulması, 2006-2008-ci illərdə Saloğlu-Poylu mənzilinin 73 km-də Kür çayı üzərində iki yeni dəmir yolu körpüsünün tikintisi, 2005-2009-cu illərdə dəmir yolunun Astara-Lənkəran sahəsində sahilbərkitmə işlərinin aparılması,2005-2007 ci illərdə Astara (Azərbaycan) Astara (İran) yeni dəmir yolu (6,2 km) xəttinin çəkilişi və Astara çayı üzərində körpünün (103 metr) tikilişi həyata keçiriləcəkdir.

Elektrik Təçizatı İstehsalat birliyi Bakı, Biləcəri, Gəncə, Qazı-Məmməd, Əli-Bayramlı və Ucar elektrik təçhizatı distansiyalarını özündə birləşdirir və onların fəaliyyətinə rəhbərliyi həyata keçirir.

ADDY-nın enerjı təçhizatı texniki avadanlıqlar, kontakt şəbəkəsi və dartı yarımstansiyaları vasitəsi ilə həyata keçirilir.

Azərbaycan Dövlət Dəmir Yolunun elektrikləşməsi əsasən 1969-1999-cü illərdə həyata keçirilmişdir.

Bu illər ərzində Bakı-Ucar, Qazı-Məmməd-Əli-Bayramlı, Pirşağı-Sumqayıt, Zabrat-2-Pirşağı, Sumqayıt-Yalama kontakt şəbəkəlıri tikilib istifadəyə verilmişdir.İkinci dəmir yolu xəttinin tikilməsi ilə əlagədar olaraq Ağstafa və Soyuq-Bulaq kontakt şəbəkələrinin tikintisi başa çatdırılmışdır.

Hazırda bütün dəmir yolu stansiyaları, müəssisə və təşkilatları etibarlı elektrik təçhizatına malikdir.

Bu etibarliliğın pozulmasına yol verilmir və distansiyalar tərəfindən mütamadi olaraq elektrik xəttlərinin və avadanlıqlarının cari və əsaslı təmirləri aparılır, yeni avadanlıqlar quraşdırılır.

İşarəvermə və Rabitə İstehsalat birliyinin tərkibində Bakı, Gəncə, Qazı-Məmməd, Yevlax, Salyan və İmişli işarəvermə və rabitə distansiyaları fəaliyyət göstərir.

Azərbaycan Dövlət Dəmir Yolunun bütün sahələri avtomatika, telemexanika sistemləri və qurğuları ilə təçhiz edilmişdir.

2003-cü ildə Bakı və Böyük-Kəsik stansiyası arasında muasir optik rabitə xəttinin çəkilişi başa çatdırılmışdır.Xəttin istifadəyə verilməsi nəticəsində bu istiqamətdə olan bütün stansiyaların rabitə sistemləri dəyişdirilərək rəgəmli telefon stansiyaları ilə əvəz olunmuşdur. Yük daşımalarını idarəetmə prosesində rabitə imkanları genişləndirilmişdir.

Bu xətt vasitəsilə həm dəmir yolunda, həm də regionda yerləşən rayonların əhalisinə müxtəlif rabitə xidmətlərinin göstərilməsi üçün geniş imkanlar yaradilmışdir.

Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi çərçivəsində Yalama (RF sərhəddi) və Astara (İİR sərhəddi) stansiyaları arasında da optik rabitə xəttinin çəkilməsi nəzərdə tutulur.

Maddi Texniki Təçhizat birliyi ADDY təşkilatlarının mərkəzləşmiş şəkildə tələb olunan mal-material, avadanlıq və ehtiyat hissələri ilə təchiz edilməsini həyata keçirir.

Birliyin Biləcəri qəsəbəsində mərkəzi anbarı və Gəncə şəhərində bu anbarın filialı fəaliyyət göstərir.

Mal-materiallara, avadanlıqlara və ehtiyat hissələrinə olan tələbat müəssisə və təşkilatlar tərəfindən Maddi-Texniki Təçhizat birliyinə təqdim olunmuş sifarişlər əsasında müəyyənləşdirilir və onların buraxılışı normalara müvafiq olaraq tələbnamələr üzrə həyata keçirilir.

Hərbiləşdirilmiş Mühafizə Xidməti tərəfindən bütün dəmir yol müəssisə və təşkilatlarının mühafizəsi həyata keçirilir.Mühafizə işləri,obyektlərin işdən sonraki vaxtlarda qorunmasından,müəssisə və təşkilatlara giriş-çıxışa, mal-materialların və digər əmtəə-material qiymətlilərinin bir yerdən başqa yerə aparılmasına nəzarəti həyata keçirməkdən və dəmir yolu ilə daşınan yüklərin qorunmasından ibarətdir.

Mühafizə xidmətinin tərkibində yanğından mühafizə bölməsi də fəaliyyət göstərir. Yanğından mühafizə bölməsi dəmiryol təşkilatında yanğından mühafizə qaydalarına riayyət edilməsinə, yanğından mühafizə tədbirlərini müəyyənləşdirərək yerinə yetirilməsinə nəzarəti təşkil edir. Yanğinlarla mübarizə aparılması üçün yanğından mühafizə bölməsi yanğınsöndürən maşınlarla təçhiz olunmuş və bu maşınlar yanğınsöndürən kadrlarla komplektləşdirilmişdir.

Naxçıvan Hissəsi Ermənistan Respublikasının separatçılıq siyasəti nəticəsində Respublikamızın ümumi dəmir yolları ilə əlaqələrinin kəsilməsinə baxmayaraq blokada şəraitində öz fəaliyyətini davam etdirir.

Hazırda hissənin tərkibində Naxçıvan xətti stansiyaları, təsərrüfat hesablı Culfa stansiyası, Culfa lokomotiv deposu, Culfa istismar vaqon deposu, Naxçıvan elektrik təçhizatı distansiyası, Naxçıvan işarəvermə və rabitə distansiyası, Ordubad yol distansiyası, Naxçıvan yol distansiyası, Naxçıvan texniki-inzibati binaların istismarı müəssisəsi 619 nömrəli təmir-texniki qatarı və Naxçıvan hərbiləşdirilmiş mühafizə dəstəsi fəaliyyət göstərir.

Hissə tərəfindən Muxtar Respublikanın daxilində yük və sərnişin daşımalarına olan təlabat ödənilməklə yanaşı, qonşu İran İslam Respublikası arasında yük və sərnişin daşımaları həyata keçirilir.

Naxçıvan-Tehran sərnişin qatarı qrafikə uyğun fəaliyyət göstərir.

Azərbaycan Dövlət Dəmir Yolunda baş verə biləcək hər-hansı bir texnoqen vəziyyətlərin və təbii fəlakətlərin nəticələrinin operativ qaydada aradan qaldırılması məqsədilə bərpaedici qatarlar yaradılmış və fəaliyyət göstərir.Bu qatarların bərpa vasitıləri və qüvvələri bir qayda olaraq böyük stansiyalarda və depolarda yerləşdirilmişdir.Onların sayı yeddidir.

Bərpaedici qatarlar böyük yükqaldırma qabiliyyətinə malik olan kranlarla, sanitar vaqonlarla, qaldırıcı-nəqliyyat maşınları olan örtülü vaqon və platformalarla, xüsusi avadanlıq və alətlərlə, yolun üst quruluşunun, həmçinin vaqonların ehtiyat hissələri ilə təmin olunmuşdur.

yuxarı