İNVESTİSİYA MÜHİTİ

Ümumi məlumat

Müstəqillik illəri zamanı ölkəyə qoyulmuş investisiyaların ümumi həcmi 38 mlrd ABŞ dollarına yaxın olmuşdur, bunlardan 27 mlrd ABŞ dolları xarici investisiyalardı və bu regionda ən böyük göstəricidir. 2006-cı ildə Azərbaycana qoyulmuş investisiyaların həcmi 8,1 mlrd ABŞ dolları olmuşdur: bunlardan 37,8% daxili investisiyalardır, 62,2% isə xarici investisiyalardır.

Ölkənin liberal iqtisadi sistemi davamlı iqtisadi artım, özəlləşdirmə, sahibkarlığa yardım, beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq və genişmiqyaslı beynəlxalq neft-qaz layihələrin həyata keçirilməsi siyasətinə əsaslanır.

Ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən “açıq qapı” siyasəti həyata keçirilir. Hazırda Azərbaycan Hökuməti ölkədə iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, neft sektoru ilə bərabər, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirir.

Qanunvericilik və xarici investisiyalar rejimi.

Azərbaycan Respublikasının ərazisində investisiya fəaliyyətinin (sərmayədarlığın) ümumi sosial, iqtisadi və hüquqi şərtləri və xarici investisiya qoyuluşunun hüquqi və iqtisadi prinsipləri müvafiq olaraq “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilir.

Hökumət xarici investorlara aşağıda göstərilən əlavə hüquqi təminatlar verir:

- Qanunvericiliyin pisləşməsinə qarşı. İnvestisiyalar həyata keçirilən zaman mövcud olan qanun 10 il ərzində qüvvədə olacaq.

- İnvestisiyaların milliləşməsinə (millətin və dövlətin maraqlarına zidd olan hallar istisna olmaqla) və rekvizisiyasına (təbii fəlakətlər, epidemiyalar və fövqəladə hallar istisna olmaqla) qarşı. Milliləşmə ya rekvizisiya həyata keçirilsə, zərərçəkmiş xarici investorlar təcili və adekvat kompensasiya ilə təmin olunurlar.

- Dövlət orqanları tərəfindən keçirilmiş qeyri-qanuni tədbirlər nəticəsində zərərçəkmiş xarici investorlara kompensasiya ödənilir

- Vergilərin ödənilməsindən sonra əldə olunan gəlirin azad repatriasiyası.

Dövlət qeydiyyatı

Hüquqi şəxslərə dair dövlət reyestri hüquqi şəxslər və onların təsisçiləri barədə ümumi məlumatı daxil edir. Mülki məcəllənin müddəalarına əsasən hüquqi şəxslərə dair dövlət reyestri açıq elan edilib və hər bir maraqlanan tərəf qeydiyyat üçün təqdim olunan sənədlərin surətini ala bilər.

Dövlət qeydiyyatı 5 gün ərzində keçirilir.

Ədliyyə nazirliyində qeydiyyatı keçəndən sonra şirkət digər yerlərdə də qeydiyyatdan keçməlidir (vergilər nazirliyi və dövlət statistika komitəsi).

Xarici investisiyalı şirkət qeydiyyatdan keçən kimi daha qeydiyyatlardan keçmədən və icazələr almadan Azərbaycanda kommersiya ilə məşğul ola bilərlər (məs. xarici investisiyalı şirkətin qeydiyyatı, istehsal üçün lisenziya və s.)

Lisenziyalaşdırma

2002-ci ilə qədər bir sıra kommersiya fəaliyyəti üçün müxtəlif dövlət orqanlarından xüsusi lisenziyalar almaq lazım idi. Prezidentin 2002-ci il 3 sentyabr tarixli fərmanına əsasən kommersiya fəaliyyətinin əksər növləri üçün lisenziyalaşdırma ləğv olunmuşdur. Lisenziyanın alınması bank işi, sığorta, audit, daşınmalar, qiymətli kağızlar üzrə fəaliyyət və s. üçün tələb olunur. Lisenziya müddəti uzatdırma hüququ ilə 5 ildir.

Özəlləşdirmə

Xarici investorlar özəlləşdirmədə iştirak edə bilərlər. Özəlləşdirmədə iştirak etmək üçün özəlləşdirmə çekləri dövriyyədə olan zaman xarici investorlar özəlləşdirmə opsionunu əldə etməlidirlər. (Özəlləşdirmə opsionunu – xarici investorlara özəlləşdirmə üçün lazım olan özəlləşdirmə çeklərinin alınmasına hüquq verən qiymətli kağız növüdür).

Özəlləşdirilməsi iqtisadi baxımından istənilməz olan dövlət əhəmiyyətli əmlak satılma hüququ ilə uzunmüddətli icarəyə verilə bilər.

Valyuta tənzimlənməsi

Azərbaycanın Milli Bankı valyuta tənzimlənməsinə dair mübadilə siyasətini müəyyən etməyə və təlimatları qəbul etməyə müvəkkil olunub.

Milli Bankın xüsusi lisenziyası olmadığı halda bütün ödəmələr manatda keçirilir.

Əmtəələrin və xidmətlərin Azərbaycana idxalı ilə bağlı rezidentlər və qeyri-rezidentlər tərəfindən xaricə göndərilən avanslara dair pul məhdudiyyətləri Milli Bank tərəfindən ləğv olunmuşdur. Məhdudiyyətlərin ləğv olunmasına baxmayaraq, avans ödənişləri veriləndən sonra əmtəələr Azərbaycana 180 gün ərzində çatdırılmalıdırlar.

Daşınmaz əmlak

Azərbaycan qanunvericiliyi aşağıda göstərilən daşınmaz əmlaka dair hüquqları təmin edir:

- mülkiyyət

- icarə

- istifadə

Sahibkarlıq konsepsiyası mülkiyyət hüququnu, istifadə / gəlir əldə etməni və torpağın üçüncü tərəfə ötürülməsini nəzərdə tutur. Torpaq mülkiyyətçisi qismində Azərbaycan Respublikası, bələdiyyələr və Azərbaycanın fiziki və hüquqi şəxsləri ola bilərlər. Xaricilər (fiziki və hüquqi şəxslər) və vətəndaşlığı olmayan şəxslər torpaq mülkiyyətçisi ola bilməzlər. Torpağı verilmiş kreditə görə girov, hədiyyə və ya vərəsəlik kimi hüquqi üsullar nəticəsində alan xaricilər 1 il ərzində mülkiyyət hüquqlarını 3-cü tərəfə verməlidirlər. Əks halda torpaq dövlətin və ya müvafiq bələdiyyənin mülkiyyətinə keçəcək. Buna baxmayaraq xaricilər torpağı uzunmüddətli icarəyə götürə bilərlər.

Vergi tutma

İqtisadi fəaliyyətin artırılması və sahibkarlığın dinamik inkişafı məqsədilə axır vaxtlar vergi sistemində dəyişikliklər olunub:

- Müəssisə və təşkilatların mənfəətindən vergi tutulmasının proqressiv sistemindən proporsional sisteminə keçilməsi və bu vergi növü üzrə vergi dərəcələrinin tədricən 35%-dən 24%-ə endirilməsi, ƏDV-nin dərəcəsinin 28%-dən 18%-dək azaldılması, bir sıra vergilərin ləğv edilməsi, fiziki şəxslərin gəlirlərindən tutulan vergilərin dərəcələrinin maksimum həddinin 55%-dən 35%-ə endirilməsi.

Gömrük rejimi

Azərbaycan qanunvericiliyi Azərbaycana import olunan əmtəələrə tətbiq olunan bir neçə gömrük rejimi tanıyır. Bunlardan xarici investorlar üçün vacib olanları aşağıdakılardır:

tranzit, gömrük saxlanılması, gömrük anbarı, müvəqqəti import, gömrük zonalarına giriş və çıxış.

Azərbaycana idxal olunan əmtəələrdən rüsum tutulur (advalor rüsumu – 0-15% - ədəd və ölçü rüsumuna uyğundur). Aksiz vergisi bəzi növ əmtəələrə tətbiq olunur (tütün və alkoqol məmulatları). Azərbaycan məqsədli ƏDV prinsipini qəbul edib (hal hazırda 18%), hansı ki əmtəənin gömrük dəyərindən tutulur (tətbiq olunan gömrük rejimindən asılı olaraq, idxal rüsumu və aksiz vergisi həmçinin). Bəzi kateqoriyalara və əmtəə növlərinə ƏDV tətbiq olunmur və ya 0% tətbiq olunur.

İxrac (metal ixracından başqa) dövlət rüsumlarından azaddır.

Məhsul Bölgüsü Sazişinə (MBS) aid podratçılar, onların agentləri və subpodratçılar idxal rüsumunu ödəmədən və məhdudiyyətsiz neft-qaz sənayesi təyinatlı əmtəələri Azərbaycana idxal və yenidən-ixrac edə bilərlər. MBS rejimli idxala 0% ƏDV tətbiq olunur.

yuxarı