ÜMUMİ MƏLUMAT

Azərbaycan Respublikasının ticarət qanunvericiliyinin formalaşması ticarət əməkdaşlığının genişlənməsinə imkan vermişdir. Dövlətlərarası ticarət əlaqələrinin tənzimlənməsi məqsədilə bir sıra qanun və normativ-hüquqi sənədlər qəbul edilmişdir.

Bunlardan,

- 20 iyun 1995-ci il tarixli, 1064 saylı “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununu;
- 24 iyun 1997-ci il tarixli, 609 saylı “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanını;
- 25 iyul 1997-ci il tarixli, 616 saylı “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanını;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 19 yanvar 2001-ci il tarixli, 20 saylı Qərarını;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” 12 aprel 2001-ci il tarixli, 80 saylı Qərarını;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Malın mənşə ölkəsinin təyin edilməsi Qaydasının təsdiq edilməsi haqqında” 29 noyabr 2007-ci il tarixli, 190 saylı Qərarını və s. nümunə göstərmək olar.